Xaçmazda 74 yaşlı kişi canına qıydı

Xaçmazda 74 yaşlı kişi intihar edib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, rayonun Qaraçaycek kənd sakini, 1949-cu il təvəllüdlü Məmmədov Şahmurad Hacımurad oğlu özünə qəsd edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.