Uşaqların davası faciə ilə bitdi: atasını öldürdülər - FOTO

Türkiyədə uşaqların davası ölümlə bitib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Manisa şəhərinin Şahzadələr qəsəbəsində baş verib. Məktəbin bağçasında qurulan hovuzda uşaqlar arasında dava yaranıb. Daha sonra ailələr də davaya qarışıb. Tərəflərdən biri 8 nəfərlə digərinin evinə basqın edib.

Belə ki, onlar nəqliyyat vasitəsi ilə hücum etdikləri evin divarını uçurublar. Evi uçuran sürücü avtomobildən düşərək həyətin girişinə çıxan 45 yaşlı İsmayıl Sönməzi bıçaqlayıb. Xəstəxanaya aparılan kişi orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisədə şübhəli bilinən 8 nəfərin saxlanılması üçün axtarışlar keçirilir.