Ukraynada güllələnən keçmiş deputat xəstəxanada öldü - YENİLƏNİB

Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farion xəstəxanada dünyasını dəyişib.

Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Lvov Birinci Tibb Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

***21:30

Ukraynanın Lvov şəhərində naməlum şəxs Ali Radanın keçmiş deputatı İrina Farionu güllələyib.

Bu barədə Ukrayna KİV məlumat yayıb.

Keçmiş deputatın sağ olduğu qeyd olunur.