Rusiyanın işğalı başlayandan bəri “Avia FED Service” şirkəti Rusiya təyyarə sənayesini ən azı 650 milyon rubl dəyərində ehtiyat hissələri ilə təmin edib. Üstəlik, onların 370 milyon rubl dəyərində olan hissəsi birbaşa Ukraynadan gəlib.
Rusiyanın “Avia FED Service” şirkəti 1993-cü ildə Xarkov Maşınqayırma Zavodunun (KMZ) FED-in nümayəndəliyi kimi yaradılıb.
Onun hazırkı rəhbəri Luqanskdan olan Aleksandr Reşetnikdir. Dövlət satınalmalarından əldə olunan məlumatlara görə, “Avia FED Servis”in müştəriləri Rusiya Müdafiə Nazirliyi, “Rostec” dövlət korporasiyasının müəssisələri və prezidentin “Rusiya” xüsusi uçuş heyətidir.
Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsiinin (OCCRP) araşdırmasında bildirilir.
Jurnalistlər gömrük bəyannamələrin əsasən müəyyən ediblər ki, “Avia FED Service” 2022-ci ilin fevralından 2023-cü ilin iyuluna qədər Xarkov FED Maşınqayırma Zavodunun istehsalı olan An-124 təyyarələrinin təmiri üçün təqribən 120 milyon rubl dəyərindəehtiyat hissələri, yerləşdirmə stansiyaları üçün hissələr idxal edib.
Bu ticarətə 67 milyon rubl dəyərində “Ka-32” helikopterləri üçün hissələr, Kiyev "Radar" zavodu, "Motor Sich" tərəfindən istehsal olunan An-24 və An-12 mühərriklərinin təmiri üçün ehtiyatlar hissələri, Kiyev "Artem" zavodunda və Ukraynanın digər müəssisələrində istehsal olunan 170 milyon rubl dəyərində başqa məhsullar daxildir.
2014-cü ildə Ukraynanın şərqindəki münaqişə və Krımın Rusiya tərəfindən ilhaqı səbəbindən Xarkov FED Maşınqayırma Zavodu Rusiya nümayəndəliyinə məhsul tədarükünü dayandırıb.
2018-ci ildə isə “Avia FED Service” Ukrayna sanksiyalarına məruz qalıb. Lakin araşdırmaçı jurnalistlərin qeyd etdiyi kimi, şirkət Rusiya təyyarə sənayesi üçün Ukrayna komponentlərinin idxalını dayandırmaqdan imtina edib.
“Avia FED Service”in təsisçiləri “Linker” şirkətini Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatdan keçiriblər. Bu şirkət dünyanın istənilən yerində “Mi-8”, “Mi-17”, “Ka-32” helikopterlərinin hissələrinin tədarükü üzrə ixtisaslaşıb. Araşdırmaçılar müəyyən ediblər ki, bu şirkətin meneceri Çerniqovdan olan Andrey Kurtadır, onun sahibi isə Ukraynadan olan Aleksey Palçikdir.
“Linker” Ukrayna məhsullarını xüsusən "Motor Sich" şirkətindən alıb. Bu şirkətin keçmiş direktor Vyaçeslav Boquslaev 2022-ci ilin oktyabrında "Rusiya hücum təyyarələri üçün hərbi malların qanunsuz tədarükü"nə görə xəyanətdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmada qeyd olunur ki, “Linker”in “Avia FED Servis”ə sonuncu çatdırılması 2023-cü ilin yanvarında baş verib. Bundan sonra “Avia FED Service” 2023-cü ilin aprelində Qırğızıstanda qeydiyyatdan keçmiş “Bakaitorg1” şirkəti vasitəsilə Rusiya aviasiyasını komponentlərlə təchiz edib.
“Linker”in sahibi Aleksey Palçik jurnalistlərlə söhbətində bildirib ki, onun şirkəti Ukraynadan Rusiyaya heç vaxt nəsə tədarük etməyib və onlara heç nə vermir./azpolitika.info