Türkiyənin cənub-şərqində, Şırnak vilayətində həvəskar komandalar arasında keçirilən oyunda futbolçular hakimin burnunu sındırıblar.
Məlumata görə, meydanda “Kumçatıspor” və “Cizre Dicle spor” komandaları qarşılaşıb. Matçdan sonra futbolçular arasında gərginlik yaşanıb.
“Kumçatıspor”un futbolçularından biri hakimə hücum edərək onun burnunu sındırıb.
Xatırladaq ki, keçən həftə Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ankaragücü” - “Çaykur Rizəspor” matçından sonra “Ankaragücü”nün prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Meleri yumruqlayıb.
Şırnak'ta 1'inci Amatör Lig'de Kumçatıspor oyuncuları, Cizre Diclespor karşılaşmasında önce hakemlere, ardından rakip takımın oyuncularına saldırdı.
Olaylarda yardımcı hakem Veysel Samsak'ın burnu kırıldı. pic.twitter.com/DQ4ymqzJlT
— Fotomaç (@fotomac) December 19, 2023