Türkiyədə bu çiçəyi dərmək 22 min manata yaxın cərimədir

Manisa Spil Dağı Milli Parkında baharın müjdəçisi olan “kardelen” çiçəyi gözlənilən vaxtdan ən az 1 ay tez açıb.

Stopnarkotik.az xəbər verir ki, bu haqda “Sputnik Türkiye” məlumat yayıb.

Bildirilir ki, xüsusi qorunma altında olan bu çiçəkləri dərmək üçün qoyulan cərimə bu il artırılıb.

Belə ki, verilən cəza 387 min 142 TL-yə (21 min 718 manat) yüksəlib.