Türkiyə ordusunun 5 əsgəri şəhid olub, yaralılar var

PKK terrorçuları Şimali İraqın Metina bölgəsindəki baza nöqtələrinə hücum edib.

Stopnarkotik.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) terror təşkilatının həyata keçirdiyi hücum nəticəsində 5 əsgərin şəhid olduğunu açıqlayıb.Milli Müdafiə Nazirliyinin bəyanatında aşağıdakı ifadələrdən istifadə edilib:

"12 yanvar 2024-cü il tarixdə "Claw-Lock" əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa cəhd edən terrorçularla qarşıdurmada 5 qəhrəman yoldaşımız şəhid olub, 3-ü ağır 8 qəhrəman yoldaşımız yaralanıb. Yaralılarımız isə  xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.

İlkin məlumata görə, əməliyyat zamanı 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.