Tərtər Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışan Fizuli Əliyevin qardaşı oğlu Sarvan Əliyevi tanışı Zaur Namazov bıçaqlayıb.
Stopnarkotik.az globalinfo.az-a istinadən xəbər verir ki, ağır yaralanan Sarvan Əliyev Tərtər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Zaur Namazov isə Tərtər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, onun atası Arif Namazovun böyük biznesi olub, sonradan müflisləşib. Tərəflər arasında mübahisənin səbəbinə gəlincə isə bildirilir ki, hər iki şəxs hadisə zamanı sərxoş olublar.
Qeyd edək ki, yeni il girəndən bu, Tərtərdə ikinci bıçaqlanma hadisəsidir. Yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü yeniyetmə aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb, 14 yaşlı yeniyetmə iş üzrə şübhəli şəxs qismində tutulub.