xəbər verir ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi deyib.
“Tacikistan tərəfi qarşılıqlılıq prinsipinə uyğun olaraq Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsini nəzərdən keçirir”, - Səmədi bildirib.
Qeyd edək ki, Türkiyə Tacikistan vətəndaşlarına vizasız ölkəyə girişi qadağan edib. Bu barədə fərmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Qərarın səbəbləri açıqlanmayıb.