Sumqayıt şəhərində silah-sursat aşkar olunub.
Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində və Bulvar ərazisində qeydə alınıb.
Hər iki ərazidən ümumilikdə 2 ədəd “AKM” markalı “Kalaşnikov” avtomatı və 1 ədəd patron darağı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.