Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a DİN-dən bildirilib.
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28 800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.