Sumqayıtda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən, 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun cinayət işinin istintaqı yekunlaşıb.
İş üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nurəddin Hüseynlinin icraatına verilib.
Qeyd edək ki, qətl bu ilin aprel ayında qeydə alınıb.
Rəsmi məlumata görə, Fikrət Məmmədov yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı atası- 1962-ci il təvəllüdlü Hakim Məmmədovu və anası-1965-ci il təvəllüdlü Zərifə Məmmədovanı bıçaqla xəsarətlər yetirərək öldürüb. Fikrət Məmmədov hadisədən sonra tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb.