Yeni Zelandiyanın ədliyyə naziri Kiri Allan sərxoş halda avtomobil idarə edərkən qəza törədib.
O, ehtiyatsız avtomobil idarə etməkdə və polisə müqavimət göstərməkdə ittiham olunur.
Həbs edildikdən sonra Allan polis bölməsinə aparılıb və orada dörd saat saxlandıqdan sonra sərbəst buraxılıb.
Allan artıq vəzifəsindən istefa verib. 39 yaşlı siyasətçi tezliklə məhkəməyə aparılacaq.