Sənaye zonasında partlayış: 5 ölü, 14 yaralı

Çinin Henan əyalətində sənaye zonasında partlayış baş verib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ən azı 5 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Partlayışın səbəbi "Zhongrui Nonferrous" şirkətinin zavodunda alüminium külçələrin hazırlanması üçün nəzərdə tutulmuş avadanlığın nasazlığı olub.

Qeyd olunub ki, polis obyektin işinə cavabdeh olan şəxsləri saxlayıb.