Şəmkirdə iki qohum bıçaqlandı - BİRİ YENİYETMƏDİR

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az "teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 17 yaşlı Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaqlanıb.

Hər iki şəxs qohumdur. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.