Şəmkirdə DƏHŞƏT: hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO

Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsinin təfərrüatı məlum olub.

Belə ki, hadisə Şəmkirin Sarıtəpə kəndində qeydə alınıb. Malika Sarıyeva qız övladına hamilə qaldığı üçün baldızı tərəfindən vəhşicəsinə döyülüb, xəstəxanaya yerləşdirilib. Bətnindəki 4 aylıq uşaq isə tələf olub.

Zərərçəkənin bacısının sözlərinə görə, bu kimi xoşagəlməz hadisələr dəfələrlə Malikanın başına gəlib.

Qeyd edək ki, məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Ətraflı Real TV-nin süjetində: