Bakıda hamamdan pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a DİN-dən bildirilib.
Qeyd edilib ki, Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-da rayon ərazisində yerləşən hamamdan 4400 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini H.Eyvazov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.