Şirvanda gənc oğlan bıçaqlandı - YENİLƏNİB

Şirvanda gənc oğlanı bıçaqlayan saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, hadisəni törədən 18 yaşlı Elcan Göyüşov polis əməkdaşları tərəfindən saxlanılıb.

***11:13

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şirvan sakini bıçaqlanıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 2005-ci il təvəllüdlü Nəzərov Rasim Mehdi oğlu bir neçə bıçaq yarası ilə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.