Şirvanda 23 yaşlı gənc bıçaqlandı

Şirvanda bıçaqlanma hadisəsi qeydə alınıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri ərazisində baş verib.

Belə ki, İmişli rayonunun Boşçalılar kənd sakini, 2002-ci il təvəllüdlü İsmayılzadə Səbuhi Müşfiq oğlu bıçaq yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.