Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, aparılan tədbirlər nəticəsində bir nəfər şəhər sakini tapdığı 1 ədəd avtomatı, 1 ədəd daraq və 30 ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktla bağlı araşdırmalar aparılır.