Əsirlikdən azad edilən Hüseynin anası danışdı

Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.

Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Ermənistan tərəfinin azad edəcəyi azərbaycanlı əsirlər Bəbirov Aqşinlə Axundov Hüseyndir.

Hüseyn Axundovun anası Şəlalə Axundova Musavat.com-a açıqlamasında Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Çox sevincli olduğunu bildirən Şəlalə Axundova həmçinin media nümayəndələrinə də təşəkkürünü bildirib.