Hazırda Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində əsirlərin mübadiləsi prosesi başlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Az sonra iki ölkənin nümayəndələrinin sözügedən əraziyə gələcəyi qeyd edilib.
Xatırladaq ki, daha əvvəl əldə olunan razılığa görə, Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edəcək.