Səfərbərlik qorxusundan ölkəni tərk edən bir rusiyalı Ermənistandan Rusiyaya deportasiya edilib.
Bu barədə "Kommersant” "İdite lesom” "Telegram" layihəsinə istinadən yazır.
Qeyd olunur ki, rusiyalı Gümrüdə saxlanılıb və səfərbərlikdən yayındığı və hərbi hissəni icazəsiz tərk etdiyi üçün ona qarşı cinayət işi açılıb. Bildirilib ki, rusiyalı müqaviləli hərbçi olub və Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Ermənistana köçüb.
Qəzet yazır ki, həmin şəxs 2022-ci il sentyabrın 24-də səfərbər olub, 2023-cü il aprelin 22-də bölmədən qaçıb, oktyabrın 11-də Rusiya ərazisində hərbi polisə təslim olub. Sonra hərbçilərdən gizlənərək ölkəni tərk edə bilib.
KİV-in məlumatına görə, söhbət Rusiya vətəndaşı Dmitri Setrakovdan gedir. İndi o, Cənub Hərbi Dairəsi üzrə regional Hərbi Polis İdarəsindədir. Onun üçün vəkil axtarırlar. \\Qaynarinfo