Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilir - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilir.

Bu barədə Stopnarkotik.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 3-dən 6-dək Seyfəli poliqonunda həyata keçiriləcək:

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək".