Samur-Abşeron kanalından tapılan meyitin kimliyi məlum oldu - GÜNLƏRDİR AXTARILIRMIŞ

Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan cəsədin kimə məxsus olması müəyyənləşib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, meyitin 1995-ci il təvəllüdlü Xaçmaz rayonunun Hacıəlibəy kənd sakini Cəfərova Kübraxanım Cəlil qızına məxsus olduğu bəlli olub. Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı qızın hansı səbəbdən Samur Abşeron kanalına düşdüyü məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 20:59

Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, kanalın dəmir barmaqlıqlarına ilişən cəsədi suyun səviyyəsi yüksək olduğu üçün hələ ki, sudan çıxartmaq mümkün olmayıb. Əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyitin şəxsiyyəti məlum deyil.

Hazırda fakt araşdırılır.