Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.
Əlavə məlumat veriləcəkdir.
***10:36
Salyanda ər və arvad qətlə yetirilib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.