Şağanda baş verən qətlin səbəbi ortaya çıxdı - TƏFƏRRÜAT / VİDEO

Şağan qəsəbəsində baş verən qətlin detalları məlum olub.

Stopnarkotik.az xezerxeber.az-a istinadən xəbər verir ki, iddiaya əsasən, qətlə səbəb gənc oğlanın qız qaçırtması, qızın da qardaşının oğlanın atasını güllələməsidir.

Qətlə yetirilən Cavanşir Abdullayevin qardaşı bildirib ki, hadisə onun yanında baş verib.

Cinayət “Revolver” tipli tapança ilə törədilib.

Araşdırma nəticəsində məlum olub ki, 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pərviz Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Ətraflı süjetdə: