Moskvanın rayon məhkəməsi keçmiş nazir Mixail Abızovu 12 il müddətinə cəzasını ciddi rejimli koloniyada çəkməklə həbsə məhkum edib.
O, mütəşəkkil cinayətkar dəstənin tərkibində oğurluqda təqsirli bilinib. Abızov hökumətdə dövlət xidmətlərinin - “açıq hökumətin” şəffaf fəaliyyətinə cavabdeh idi.
Abızov 2019-cu ildə Moskvanın Vnukovo hava limanındakı biznes aviasiya terminalı vasitəsilə Rusiyanı tərk etmək istəyərkən FSB əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt o, İtaliyada yaşayırdı və ad günü qeyd etmək üçün bu ölkəyə uçurdu. İstintaq onu enerji şirkətlərinin vəsaitlərini mənimsəməkdə ittiham edib.
Nazir 2012-2018-ci illərdə hökumətdə işləməzdən əvvəl iri enerji və dağ-mədən şirkətlərində rəhbər vəzifələrdə çalışıb və Rusiyanın enerji nəhəngi RAO UES-in İdarə Heyətinin üzvü olub. “Forbes” jurnalına görə o, ən zəngin ruslar siyahısına daxil idi.Nəşr həbs olunmazdan əvvəl onun sərvətini 600 milyon dollar civarında qiymətləndirirdi.
Abızov təqsirli olduğunu qəbul etməyib. O, ittiham aktını “Cinayət Məcəlləsi mövzusunda özbaşına yazı” adlandırıb.