Rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərlə bağlı qərar verildi

Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən Ayxan Səfərov və Dəyanət Atakişiyevin barələrindəki olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya prosesteti təmin edilməyib və aşağı insansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdimədən saxlayıb.

Qeyd edək ki, onlara Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham irəli sürülüb.