Rusiyalı milyarderin oğlu onu saxlayan polis əməkdaşlarını döyüb - MÜAYİNƏ OLUNACAQ

Rusiyalı milyarder Musa Bajayevin oğlu Moskvada polislə davaya görə saxlanılıb.

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, 23 yaşlı Timur Bajaev "Lujniki" stadionu yaxınlığında saxlanılarkən polis əməkdaşlarını döyüb.

O, tezliklə tibbi müayinəyə göndərilməlidir. Daha sonra onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi məhkəmə iclası gözlənilir. İstintaq Komitəsi artıq "hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə" maddəsi ilə cinayət işi açıb.

Timur Bajaevin atası tikinti, neft sənayesi ilə məşğul olan "Qruppa Alyans" konserninin prezidenti və ortaq sahibidir. O, həm də Uzaq Şərqdə və Krasnoyarsk diyarında əlvan metal yataqlarının emalı ilə məşğul olan "Russkaya platina" Şirkətlər Qrupunun direktorlar şurasının sədridir.