Rusiyanın Samara vilayətindəki "Promsintez" zavodunda partlayış baş verib.
Stopnarkotik.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə FHN-in yerli idarəsi məlumat yayıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində 6 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.