Radioaktiv maddələr daşıyan təyyarə Moskvada məcburi eniş etdi

Rusiyanın “Utair” aviaşirkətinə məxsus göyərtəsində radioaktiv maddələr olan sərnişin təyyarəsi Moskvada məcburi eniş edib.

Məlumata görə, təyyarə Rusiyanın Xantı-Mansi şəhərindən Moskvaya uçub. Onun göyərtəsində 104 sərnişin, habelə təhlükəli hesab edilən, lakin Rusiya Nəqliyyat Nazirliyi tərəfindən qadağan olunmayan 19 kiloqram ağırlığında yük olub.

Təyyarə eniş şassisinin nasazlığı barədə qəza siqnalı göndərib, bundan sonra təcili olaraq Vnukovo hava limanına enib.

Qeyd edək ki, radioaktiv yükə zərər dəyməyib.

Mənbə: Lenta.ru