Qudası ilə mübahisə etdi, bıçaqlandı - GƏNCƏDƏ QANLI OLAY

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1977-ci il təvəllüdlü A.Yusifov əl nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, A.Yusifov ailə münaqişəsi zəminində qudası ilə mübahisə edərkən bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.