Rusiyanın Moskva şəhərində ölən gəncin qatilini rüşvət qarşılığında sərbəst buraxan yol polisi əməkdaşı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, Moskvanın Lyublinski rayon Məhkəməsinin hökmü ilə Dmitri Anatolyeviç Bovtunov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib.
Keçmiş yol polisi cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək. O, həmçinin üç il müddətinə dövlət qulluğunda vəzifə tutma hüququndan da məhrum edilib.
Qeyd edək ki, aprelin 17-də axşam saatlarında Azərbaycan vətəndaşı 21 yaşlı Şahin Abbasov avtomobilini Krasnodarskaya küçəsindəki evlərin birinin girişində səkidə saxlayıb. 24 yaşlı yerli sakin Kirill Kovalev gəncə irad tutub. Azərbaycanlı bu iradına görə Kovalevə hücum edərək, onu döyüb sonra isə qarnına bıçaq zərbəsi endirib və qaçıb. Abbasov ölkədən qaçmağa ümid edib. Bu zaman onu saxlayan yol polisi əməkdaşı rüşvət qarşılığında avtomobili buraxıb.