Qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirildi - RƏSMİ

Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən şəxs xəstəxanaya yerləşdirilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb:

"Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub".

Qeyd edək ki, sözgedən yeniyetmə avtobusda, metroda yerə uzanaraq çəkdirdiyi videoları paylaşır. Sonuncu videosunda yeniyetmə yaşlı qadını qucağına alaraq onu narahat edib.