Güclü qar səbəbindən Qax rayonunun Sarıbaş kəndi ilə əlaqə kəsilib.
Ötən gün axşam saatlarından başlayaraq Şimal-Qərb bölgəsinə yağan güclü qar səbəbindən kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib.Kənd sakinlərinin dediyinə görə, ötən gün axşam saatlarından onlar şəhər mərkəzinə gedə bilmirlər.
Hazırda Sarıbaş kəndində qarın qalınlığı 40-45 sm-dir və yağmaqda davam edir.
Qeyd edək ki, Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndlərindəndir.