Zərdab Rayon Polis Şöbəsinə rayonun Qumlu yaşayış massivinin ərazisindən keçən Qarasu çayının sahilindən silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd yivli tüfəng, eləcə də 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Stopnarkotik.az