“Putinin kuklasına çevrilən hər kəsin taleyi belə olacaq” - Ukrayna sabiq deputatın necə öldürüldüyünü yaydı... / FOTO

Ukrayna Təhlükəsizlik Xidməti ötən həftə öldürülən keçmiş deputat İlya Kyvanın son görüntülərini paylaşaraq, bunun düşmənin tərəfinə keçən bütün xainlərə xəbərdarlıq olduğunu açıqlayıb.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, ötən həftə Rusiyanın paytaxtı Moskva yaxınlığında sui-qəsdin qurbanı olan Ukrayna parlamentinin keçmiş üzvü İlya Kyvanın son görüntüləri ortaya çıxıb.

Ukrayna prezidenti Zelenskinin siyasətini tənqid edən 46 yaşlı İlya Kyva Suponevo kəndində gəzinti zamanı kürəyindən güllə yarası alıb.

Kıva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin mətbuat katibi Andrey Yusov “Putinin kuklasına çevrilən hər kəsin taleyi belə olacaq” deyib.