Puqaçova və Qalkinin evi müsadirə oluna bilər

Dövlət Dumasının "Ədalətli Rusiya"dan olan deputatı Dmitri Qusev Daxili İşlər Nazirliyindən Xalq artistləri Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkinin Moskvanın Qryaz qəsəbəsindəki evinin müsadirə olunması ilə bağlı araşdırılma aparılmasını xahiş edib.

Stopnarkotik.az xəbər verir ki, onun bu barədə müraciətini "Shot" teleqram kanalı yayıb:

"Əgər ictimai insanlardan - Qalkindən, Puqaçovadan danışırıqsa, onlar, təbii ki, ən çox əmlak itkilərindən deyil, təsir imkanlarının və populyarlıqlarının itirilməsindən qorxurlar, çünki onların əsas kapitalı budur. Onların televiziyada nümayişi dayandırılan kimi populyarlığı sıfıra enəcək. Sevilmək, ilhamlanmaq, dinlənilmək istəyirdilər. Qalkin və Allanın hərəkətləri öz xalqına qarşı getdiklərinə dəlalət edir. Onlar xalq tərəfindən sevilmək hüququnu itiriblər".

Qeyd edək ki, cütlük uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü.