Polis rəisi məktub yazıb, özünü güllələdi - FOTO

Perm diyarında Qornozavodski rayonunun yol polisinin rəisi intihar edib.

Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, o, ölümündə rəsmiləri günahlandırıb.

Qeyd olunur ki, yol polisinin rəisi Andrey Fominin meyiti iş otağında tapılıb. Məlumata görə, orada makarov xidməti tapançası və intihar qeydi də tapılıb. Mərhum rəis qeyddə baş verənlərə görə onun rəhbərliyini, Perm ərazisi üzrə yol polisinin rəisi, polkovnik Vyaçeslav Şadrini günahlandırıb.

Bildirilir ki, Fominin iki övladı və həmçinin 1 milyon rubl (təxminən 21 min 200 manat) məbləğində ödənilməmiş kredit qalıb.