Nəsimi rayonu ərazisində bir nəfərə zor tətbiq edilməklə 500 manatın talanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Məmmədli müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Yasamal rayonu ərazisində isə mənzillərin birinə daxil olaraq ev sahibinə zor tətbiq etməklə 300 manat və geyim əşyalarını quldurluq yolu ilə talayan, əvvəllər məhkum olunmuş 25 yaşlı K.Əsgərov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.