Paytaxtda qətl törədən şəxs saxlanıldı - YENİLƏNİB

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Stopnarkotik.az-a Nərimanov rayon Prokurorluğundan bildirilib.

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

***09:14

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nəriman rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.  

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Faktla bağlı araşdırma aparılır.