Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan qırıcıları havaya qaldırılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.
“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın bir nömrəli heyətini salamlayır və müşayiət edir!”, - H.Hacıyev qeyd edib.
While entering Pakistan’s airspace Pakistan Air Force fighter jets are saluting and escorting Board No1 of Azerbaijan! pic.twitter.com/2yxCFvVRxu
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 11, 2024