Övlad qatili olan azərbaycanlılar...

Azərbaycanda doğulan körpələrin sayının azaldığı bildirilir. Bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqların sayı azalmağa başlayıb. Hazırda Azərbaycan ailələri 1 və ya 2 uşaqlarının olmasına üstünlük verir.

Bəs Azərbaycanda doğum sayının azalmasının hansı təhlükələri var?
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu ölkədə doğum sayının azalmasının demoqrafik cəhətdən hələ ki qorxulu olmadığını söyləyib: 
“Ancaq burada başqa ciddi məsələlər var. Doğum sayı ona görə azalır ki, ailələr qız uşaqlarını abort etdirirlər. Qız uşaqlarına olan münasibət çox pis haldadır. 
Bu sözü valideynlər xoşlasa da, xoşlamasa da, onlar öz övladlarının qatilləri olurlar. Bunu söyləməsələr də, psixoloji olaraq onlarda daxili sarsıntı baş verir. Bunun özü cəmiyyətdə neqativ enerjini artırır, xoşagəlməz haldır. Ancaq qeyd etdiyim kimi, vəziyyət demoqrafik cəhətdən hələ o qədər qorxulu deyil. Ölkədə əhalinin artımı mənfi indeksdə olarsa, onda vizyyət təhlükəli sayıla bilər. 
Ölkədə yeni doğulan uşaqların sayı azalanda yaşlı adamların, təqaüdçlərin sayı çoxalır. Yəni işçi qüvvəsi azalmış olur. Gənclərin bir hissəsi ölkədən çıxıb gedir. Bu zaman vergi ödəyicilərin da sayı azalır.
Vergi ödəyiciləri azaldıqda, əhalinin sosial  müdafiə məsələrini təşkil etmək çətin olur. Əhaliyə pensiya, uşaqpulu vermək kimi məsələrdə çətinlik olur”. 

Sosioloq hesab edir ki, yeni doğulanların sayının azalması ölkəyə gələn miqrantların sayının çoxalmasına səbəb olur:

“Miqrantlar çoxalanda ölkədə etnik tərkib dəyişməyə başlayır. Etnik tərkib dəyişəndə xeyli problemlər yaranır. Bu gün Fransa o problemin içərisindədir. Bir zaman fransız ailələrində doğulan uşaqlar xeyli azaldı. Sonra orada işçi qüvvəsinə böyük ehtiyac yarandı. Buna görə də ərəblər, başqa bölgələrdən xeyli insanlar ölkəyə axışdı.
Mən Almaniyada tez-tez oluram. Bu gün Almaniyadakı türklərin sayı 3 ölkənin əhalisin sayından çoxdur. 

Çalışmaq lazımdır ki, ölkədə əhalinin  sayı  mənfi indeksdə olmasın. Hər il müəyyən qədər artım olsun. Əhalinin sayının çox olması da qorxuldur. Əhali artımı beynəlxalq nəzarət altındadır. 
Biz çalışmamlıyıq ki, əhali çoxalsın. Kiçik indekslə hər il müəyyən qədər artım olsa yaxşıdır”. 
Əhməd Qəşəmoğlu uşaq evlərində uşaqların sayının artmasının validenlərin ehtinasızlıq hissin çoxalması ilə əlaqəli olduğunu qeyd edib:

“Bəziləri körpələrini nəinki uşaq evlərinə verirlər, bəzən eşidirik ki, zibil yeşiklərinə atıblar. Ölkədə bu sahədə problem var. Valideynlərin ehtinasızlığının qarşısını almaq üçün sosial, humanitar siyasət dəyişməlidir. Bu hadisələr başlı-başına buraxıla bilməz”.