Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlandı

Sentyabrın 4-də polis əməkdaşları Bakı və rayonlarda 1 tapança, 2 qumbara, 10 tüfəng və 43 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, həmçinin ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança və 2 tüfəng də aşkar edilərək götürülüb.

Qeyd edək ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.