Avropalılar 17-ci əsrdə kokadan istifadə etməyə başlayıblarmış. Belə ki, tədqiqatçılar bu əsrdə yaşayan insanların mumiyalanmış beyinlərində kokain izləri aşkar ediblər. Bu, avropalıların gözləniləndən 200 il əvvəl koka yarpaqlarından istifadə etməyə başladığını sübut edir.
Stopnarkotik.az xəbər verir ki, sifilisdən ölən və Milan qəbirstanlığında basdırılan insanların qalıqları təhlil edilib. Bu barədə “Live Science” nəşrində qeyd edilib. Nəşr qeyd edir ki, koka həm dərman, həm də istirahət məqsədləri üçün istifadə edilə bilirmiş.
Əvvəllər belə hesab edilirdi ki, Cənubi Amerikada bitən koka yarpaqları Avropa qitəsinə ispan fatehləri tərəfindən gətirilib. Hesab edilirmiş ki, onlar kokanın xassələri haqqında yerli sakinlərdən öyrəniblər, lakin Avropada bu bitkidən kifayət qədər uzun müddət istifadə etməyiblər. Ancaq son araaşdırma göstərir ki, bu yanlış olub. Belə məlum olur ki, avropalılar da koka ilə daha əvvəl tanış olub.
Stopnarkotik.az