Oğurluğa görə axtarışda olan Astara sakini daha bir cinayət törətdi

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, fevralın 1-də rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.

Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan Astara rayon sakini, əvvəllər məhkum olunmuş İbrahim Əlizadə saxlanılıb.

Xətai rayon Polis İdarəsində araşdırma aparılır.