Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru İsrail ilə İran arasında davam edən gərginliklə bağlı tərəflərə müraciət edib.
Bu barədə AEBA-nın “X” səhifəsində yazılıb.
R.Qrossi tərəfləri təmkinli olmağa çağırıb:
“Nüvə obyektləri heç vaxt hədəf olmamalıdır. Vəziyyəti çox diqqətlə izləyirik”.
AEBA rəhbəri həmçinin ötən gecə baş verən hücumlar nəticəsində İranın nüvə obyektlərinə ziyan dəymədiyini təsdiqləyib.
Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib.
İsrail isə gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib.