Rusiyayönümlü Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanı KTMT-nin növbəti iclasına qatılmadığına görə tənqid edib.
Ermənistan mətbuatı xəbər verir ki, parlamentdəki “Ermənistan” blokunun təmsilçisi, deputat Armen Rustamyan Paşinyan hakimiyyətini Rusiya ilə əlaqələri korlamaqda və Qərbin yanında yer almağa çalışmaqda günahlandırıb: “Onlar neçənci dəfədir ki, KTMT-nin iclasında iştirak etmirlər. Bu, demarşdan başqa bir şey deyil. Burada söhbət düşərgənin dəyişdirilməsindən gedir və bu, Ermənistan üçün çox ciddi nəticələr yarada bilər. Biz o vaxt düşərgəni dəyişirik ki, Rusiya ilə Qərb arasında açıq münaqişə var və biz bu münaqişəni öz ərazimizə gətiririk. Rusiya ciddi mübarizə aparır, niyə onu özümüzə düşmən etməliyik?”