Naxçıvanda mənşəyi məlum olmayan 1 ton ət aşkarlandı - FOTO

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilmişdir.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi tərəfindən  keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Qaraçuğ kənd sakini, Hüseynov Rahib Həsən oğlunun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın  mənşəyi məlum olmayan, qida üçün yararsız olan  ət aşkar edilmişdir.  

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndilmişdir.

Faktla bağlı araşdırmalar aparılır. 

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Stopnarkotik.az